Belqorodda kənd atəşə tutuldu: Yaralananlar var
    • Bu gün, 15:50
    • 69

Belqorodda kənd atəşə tutuldu: Yaralananlar var


Rusiyanın Belqorod vilayətinin Şebekino kəndi atəşə tutulub.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov "Telegram"da bildirib.

Qladkovun sözlərinə görə, Şebekinoda 8 çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

“Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.