-
- 22-07-2024, 10:25
- 169
Bakıda FACİƏ: 3 yaşlı uşaq öldü
Bakıda avtomobil ana və balanı vurub, azyaşlı ölüb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.