Bakıda SOCAR-ın əməkdaşı ağır qəza törətdi - ÖLƏN VAR
    • 19-01-2022, 14:59
    • 1 023

Bakıda SOCAR-ın əməkdaşı ağır qəza törətdi - ÖLƏN VAR

Bakıda piyadaınn ölümü ilə nəticələnən daha bir yol qəzası qeydə alınıb.

News24.az-ın məlumatına görə, SOCAR-da sürücü işləyən 1967-c il təvəllüdlü İbrahim Arzumanov idarə etdiyi “Chevrolet Colorado” markalı avtomobillə Binəqədi şosesində hərəkətdə olarkən yolu keçən yaşlı kişini vurub. Ağır xəsarət alan 1957-ci il təvəllüdlü Hüsaməddin Allahverdiyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.