Anasının cəsədini 5 il EVDƏ GİZLƏTDİ
    • 22-07-2024, 11:19
    • 285

Anasının cəsədini 5 il EVDƏ GİZLƏTDİ

Polis, Yaponiyanın İkuno rayonunda yaşayan Katsunori Onada adlı 60 yaşlı kişinin mərhum anasının cəsədini təxminən 5 il evdə gizlətdiyini açıqlayıb.

Polis mənbələrindən əldə edilən məlumata görə, şənbə günü evinin qarşısındakı mübahisə barədə polisə məlumat verərkən hadisəni etiraf edən Onada anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.

"Bir gün anam yeməyi dayandırdı, sonra öldü. Mənə çox problem yaradacağını düşündüyüm üçün cəsədi ikinci mərtəbədəki yataq otağına qoydum" 

Onadanın cinayəti etiraf etdikdən sonra həbs olunduğu açıqlanıb.

Hadisə ilə bağlı ətraflı araşdırma aparan polis, həmin şəxsin anasının təqaüdünü bankdan çıxarmağa davam etmək üçün ölüm barədə rəsmi orqanlara məlumat verməməsi ehtimalını nəzərdən keçirir.

Məryəm İlhamqızı