Yeni Toyota Land Cruiser Prado-nun istehsalına başlanıldı
    • 22-07-2024, 12:55
    • 240

Yeni Toyota Land Cruiser Prado-nun istehsalına başlanıldı

Çində yeni Toyota Land Cruiser Prado-nun seriya istehsalına başlanılıb. 

News24.az xəbər verir ki, bu barədə autohome.com.cn məlumat yayıb.

Yeni Prado Çində iki fərqli ön dizayn variantı ilə təklif olunacaq. 

Standart həll, kiçik və yüksək şüa reflektorlarının dairə şəklində edildiyi böyüdülmüş bloklardır. Daha bahalı seçim isə daralmış düzbucaqlı faralardır.

Avtomobil 2,4 litrlik mühərrik, elektrik mühərriki, səkkiz pilləli avtomatik transmissiya və yığcam akkumulyatordan ibarət hibrid güc aqreqatı alıb. Maksimum 330 at gücünə malikdir. Yeni Toyota Land Cruiser Prado tam ötürücülüdür.

Yeni məhsulun qiymətləri 460 min yuandan başlayır(təxminən 107 min manat).

Məlum olub ki, birincinin debütündən 60 il sonra buraxılan BAW 212 SUV-nin ikinci nəsli 25 iyul 2024-cü ildə Çində satışa başlayacaq.

Məryəm İlhamqızı