Aeroport şossesində zəncirvari qəza - FOTO
    • 22-07-2024, 14:50
    • 139

Aeroport şossesində zəncirvari qəza - FOTO

Bakının Xəzər rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə aeroport şossesində qeydə alınıb.

Belə ki, yüksək surətlə hərəkətdə olan "Chevrolet" markalı maşının qarşısına köməkçi yoldan digər nəqliyyat vasitəsi çıxıb və nəticədə qəza baş verib.

Avtoqəzada 4 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər yoldan evakuasiya edilib.

Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.