Xalq artisti xəstəxanaya yerləşdirildi
    • 22-07-2024, 21:28
    • 4 440

Xalq artisti xəstəxanaya yerləşdirildi

RSFSR-in Xalq artisti Nina Qulyayeva təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.

News24.az Medicina.az-a istinadla xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 93 yaşlı aktrisanın vəziyyəti iyulun 22-nə keçən gecə pisləşib. Onun qarnında kəskin ağrılar yaranıb.

Həkimlər Qulyayevaya kəskin xolesistit tutması diaqnozu qoyublar. Hazırda o, xəstəxanada həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, karyerası ərzində Nina Qulyayeva bir neçə filmə çəkilib, 17 cizgi filmini (o cümlədən “Qırmızı yelkənlər” və “Kiçik su pərisi”) səsləndirib. Bundan əlavə, aktrisa 34 tamaşada rol alıb.