Tramp qalib gəlsə, Rusiya sanksiyalardan qurtulacaq?
    • 22-07-2024, 21:44
    • 268

Tramp qalib gəlsə, Rusiya sanksiyalardan qurtulacaq?

ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyaları Donald Tramp prezident seçkilərində qalib gəlsə belə, çətin ki, aradan qaldırılsın.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Milli Tədqiqat Universitetinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasəti üzrə plitoloqu Kseniya Bondarenko deyib.

“Tramp qalib gəlsə, çətin ki, sanksiyalar aradan qaldırılsın və böyük ehtimalla ticarət müharibələri beynəlxalq gündəmə qayıdacaq.

Sanksiya məsələləri dollara inamı azaldan amil olaraq qalır və çox güman ki, uzadılacaq”, - deyə Bondarenko vurğulayıb.