"Bayden Amerikanı banan respublikasına çevrib”- TRAMP
    • 9-09-2023, 11:08
    • 292

"Bayden Amerikanı banan respublikasına çevrib”- TRAMP

"ABŞ Co Bayden administrasiyasının siyasəti ucbatından 1929-1939-cu illərdə Böyük Depressiya zamanı olduğu kimi iqtisadi böhranla üz-üzədir". 

News24.az TASS-a istinadla xəbər verir ki, Amerikanın əvvəlki lideri Donald Tramp cümə günü Cənubi Dakota ştatında çıxış edərkən buna əminliyini ifadə edib.

O deyib ki, Bayden özündən 20 dəfə çox məxfi sənədlər saxlayır.

Tramp Rusiya Ukrayna müharibəsini ABŞ seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə əlaqələndirib.

Onun sözlərinə görə, Bayden növbəti prezident seçkilərində iştirak edə bilməyəcək.

"Fakt budur ki, biz Böyük Depressiyaya doğru gedirik. Mən bunu heç vaxt açıq deməmişəm. Bunu sizin əyalətinizdə deyirəm. Bu, dəhşətli bəyanatdır və mən bunu söyləməyə məcburam. Yeganə sual Bayden administrasiyasının qalan aylarında olub-olmayacağıdır", - Tramp əlavə edib.  "Əgər bu baş verərsə, qoy Baydenin vaxtında baş versin" dedi.

Baydenin prezidentlik müddətinin nəticələrindən danışan Tramp vurğulayıb: 

"Biz banan respublikasına çevrilmişik. Sərhədimiz yoxdur. Ədalətsiz seçkilərimiz var".

Tramp həmçinin vurğulayıb ki, indiki administrasiya 11,5 trilyon dolları “boşa xərcləyib”. 

Onun sözlərinə görə, bu, Amerikada hər ailədən alınan 88 min dollara bərabərdir: 

"Bayden dövründə büdcə kəsiri sürətlə böyüyür. Bu il iki dəfədən çox artmalı olacaq".

AYLİN