Üçüncü Dünya Müharibəsi mesajı ilə gəlir - “Çox yaxınıq”
    • 23-02-2024, 19:43
    • 171

Üçüncü Dünya Müharibəsi mesajı ilə gəlir - “Çox yaxınıq”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna-Rusiya münaqişəsini qısa müddətdə həll edə biləcəyini iddia edir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, sabiq prezident dünyanın qlobal müharibəyə çox yaxın olduğunu deyib.

“Seçkidə qalib gələndən dərhal sonra Rusiya ilə Ukrayna arasında razılığa gələcəm”, - Tramp bildirib.

Amerikanın keçmiş liderinin sözlərinə görə, Üçüncü Dünya Müharibəsinin başlamasının qarşısını yalnız o ala bilər.

“Üçüncü Dünya Müharibəsinə çox yaxınıq”, - Tramp vurğulayıb.