“Neftçi” almaniyalı futbolçu ilə anlaşıb
    • 22-07-2024, 22:55
    • 298

“Neftçi” almaniyalı futbolçu ilə anlaşıb

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, “ağ-qaralar” almaniyalı müdafiəçi Robert Baueri transfer edib.

O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib.

Robert Bauer karyerası ərzində Almaniyanın “Verder Bremen”, Nürnberq” və “İnqolştadt” klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarının da formasını geyinib.