“Kəpəz”də növbəti transfer
    • 14-07-2024, 09:46
    • 283

“Kəpəz”də növbəti transfer


"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

News24.az xəbər verir ki, komanda hücumçu Lassana Ndiaye ilə müqavilə bağlayıb.

Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illik nəzərdə tutulub. 23 yaşlı forvard əvvəllər Rusiya, İsveç, Bolqarıstan və Serbiya klublarında çıxış edib. Lassanın son klubu "Botev" (Bolqarıstan) olub.

Qeyd edək ki, Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını geyinib.//unikal