Narkotik satışla məşğul olan 2 nəfər SAXLANILDI
    • 22-07-2024, 17:01
    • 148

Narkotik satışla məşğul olan 2 nəfər SAXLANILDI

Əldə edilən məlumata görə, Türkiyədə Afyonkarahisar Narkotik Cinayətlərinə Qarşı Mübarizə Şöbəsi Müdirliyi şübhəli avtomobili dayandırmaq istəyib. Polisi görən avtomobilin sürücüsü qarşı zolağa keçərək qaçmağa çalışıb.

News24.az xəbər verir ki, qısa təqibdən sonra avtomobil Yolçatı ərazisində saxlanılıb.

Avtomobildə aparılan axtarış zamanı polis qrupları 5599 sintetik əczaçılıq maddəsi (narkotik dərmanlar) ələ keçirib.

Hadisədən sonra saxlanılan R.Ö. və O.S adlı şəxslər "Narkotik maddələrin satılması" cinayəti əsas götürülərək məhkəmə tərəfindən həbs edilib.

Məryəm İlhamqızı