Sərxoş vəziyyətdə uşaqlıq dostunu öldürdü – AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏTL
    • 29-05-2019, 11:46
    • 1 047

Sərxoş vəziyyətdə uşaqlıq dostunu öldürdü – AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏTL

Qubada uşaqlıq dostunu öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib. News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qətl törətdiyi üçün 13 il müddətinə azadlıqdan məhrum edilən Qubanın Zərdabi kənd sakini 1979-cu il təvəllüdlü Elman Ağasıyevin şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə E.Ağasıyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci il iyunun 11-də Quba rayonunun Zərdabi kəndində baş verib. 

Qətl hadisəsindən bir müddət əvvəl mərhum Elman Ağasıyevin həyətindən plastik boru oğurlanıb.

Bu məsələyə görə onun Eldənizlə mübahisəsi düşüb. Hadisə günü Eldəniz küçə ilə gedərkən Elmanın evinin qarşısında olanda üstünə it cumub.

Eldəniz iti söyməyə başlayanda həyətdə olan və sərxoş vəziyyətdə olan Elman həmin söyüşləri eşidib.

Elman düşünüb ki, Eldənizin onu boruların oğurlanması məsələsinə görə söyür.

Evdən bıçaq götürərək Eldənizin yanına gəlib və mübahisə ediblər. Elman dava zamanı Eldəniz Dadaşova bir neçə bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən Eldəniz 3 gün sonra vəfat edib.

Baş verən cinayəti əvvəlcə Elmanın əvvəllər həbsdə olan qardaşı üzərinə götürüb. Amma istintaq zamanı qətlin kimin tərəfindən törədildiyi müəyyən edilib və Elman Ağasıyev həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.