Bakıda tələbə öldürüldü
    • 24-12-2018, 11:36
    • 1 188

Bakıda tələbə öldürüldü

Paytaxtın Atatürk prospektində qətl hadisəsi baş verib.

 Rauf Murquzov Azərbaycan Texniki Universitetinin tələbəsi 2000-ci il təvəllüdlü  Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev saytımıza bildirib ki, hadisə universitetdən kənarda baş verib:

“Elman Xəlilov universitetin nəqliyyat fakültəsinin ikinci kurs tələbəsidir. Əlimizdə olan məlumata görə, hadisə bazar günü olub. Uşaqlıq dostu tərəfindən qətlə yetirilib”.

Faktla bağlı araşdırma aparılır.

//Oxu