Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayır
    • 23-07-2024, 22:40
    • 402

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayır

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılmasını təmin etmək üçün tədbirlər görüb.

News24.az xəbər verir ki, Avropa Komissiyasından verilən yazılı açıqlamada, "Komissiya Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır. Bu proses Ermənistanın vizasız sistemə nail olmaq kimi uzunmüddətli hədəfini dəstəkləyəcək.  Danışıqlar Ermənistanda səyahət sənədlərinin təsdiqi ilə davam edəcək. Komissiya Avropa Parlamenti və Şura ilə sıx əməkdaşlıq edərək bu sahələrdə irəliləyişi diqqətlə izləyəcək”.

Danışıqlar uğurla başa çatdıqdan sonra Ermənistan vətəndaşlarının Avropaya gediş-gəlişinin asanlaşacağı bildirilən bəyanatda deyilir:

“Ermənistan vətəndaşları 2014-cü il yanvarın 1-dən etibarən Aİ ilə viza rejiminin sadələşdirilməsi sazişinin üstünlüklərindən yararlanırlar”.

Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşlarına Şengen zonasına daxil olan ölkələrə qısamüddətli vizasız səfərlər etmək imkanı verəcək. Bildirilir ki, danışıqlar bir neçə il çəkə bilər.

Günel Məlikzadə