-
- 23-07-2024, 23:50
- 294
Buğa döyüşü qadağan edildi
Kolumbiya prezidenti Qustavo Petro öküz döyüşünü qadağan edən mübahisəli qanun layihəsini imzalayıb.
News24.az xəbər verir ki, Petro qanun layihəsini yüzlərlə heyvan hüquqları müdafiəçisinin iştirakı ilə paytaxt Boqotadakı La Santamaria öküz meydançasında imzalayıb.
Gustavo Petro burada verdiyi açıqlamada, "Biz dünyaya canlı və canlıları əyləncə üçün öldürməyin mədəniyyət olduğunu deyə bilmərik" deyib
Qeyd edək ki, ölkədə müzakirələrə səbəb olan öküz döyüşünü qadağan edən qanun layihəsi mayın 29-da Konqresdə səs çoxluğu ilə qəbul edilib.
Günel Məlikzadə