Kolumbiya prezidenti İsraili günahlandırdı
    • 15-04-2024, 09:06
    • 203

Kolumbiya prezidenti İsraili günahlandırdı

Kolumbiya prezidenti Qustavo Petro İsraili Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs tələbi ilə bağlı qəbul etdiyi qətnamə layihəsinə əməl etməməkdə ittiham edib.

News24.az xəbər verir ki, digər tərəfdən, Petro Kolumbiyada nəşr olunan Semana jurnalının yazarı Vicky Davilanın ona qarşı "antisemitizm" ittihamına reaksiya verib.

Davilanın İsrail və ABŞ tərəfdarı sözlərini sitat gətirən Petro dedi: "Mən hər bir uşağın müharibə səbəbindən ölməsini qınayıram. Yaxşı, Viki, bəs sən bunu etmisən?" soruşdu.

Qeyd edək ki, Anti-Petro hökuməti məqalələri və nəşrləri ilə tanınan Davila, xüsusilə 7 oktyabrdan bəri İsrailin Qəzzaya hücumlarını pisləyən prezident Petronu tez-tez hədəf alır.

Günel Məlikzadə