-
- 23-03-2024, 09:28
- 214
Kolumbiyadan ABŞ, Rusiya və Çinə reaksiya
Kolumbiya prezidenti Qustavo Petro Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada ABŞ-ın girovları və atəşkəsi bağlayan qətnamə layihəsinə veto qoymasına reaksiya verib.
News24.az xəbər verir ki, məsələ ilə bağlı X sosial media hesabından açıqlama verən Petro Qəzzada baş verənlərə diqqət çəkib.
Petro, "Rusiya, Çin və ABŞ-ı bir-birinə qarşı qoyan ticari maraqlardan başqa, Rusiya və Çin ABŞ-ın Qəzza ilə bağlı təklif etdiyi atəşkəs qətnaməsini Qəzzada bombardmanda həlak olan uşaqlar adına dəstəkləməli idi. Eyni şəkildə, ABŞ dəstək verməli idi. Rusiya və Çindən gələn oxşar təkliflər qarşısında səssiz qalmamalı idi. Kolumbiya olaraq ABŞ, Rusiya və Çini Qəzzada atəşkəsi təmin etməyə çağırırıq" dedi.
Günel Məlikzadə