Rus fenomeninin dəhşətli sonu - FOTO
    • 23-07-2024, 18:11
    • 217

Rus fenomeninin dəhşətli sonu - FOTO

Qəza ötən gün saat 17.30 radələrində Söke-Milas avtomobil yolunda baş verib. 

News24.az xəbər verir ki, Onur Obukun idarə etdiyi 01 ATM 970 nömrə nişanlı motosiklet Milas istiqamətində hərəkətdə olarkən rusiyalı sosial media fenomeni Tatyana Ozolinanın idarə etdiyi 4898 AM 55 nömrə nişanlı motosikletə arxadan çırpılıb. Sürüşən motosikletlər maneəyə dəyib.

Xəbər üzərinə çoxlu sağlamlıq və polis qrupları bölgəyə sövq edilib. 

Həkimlərin müayinəsindən sonra Ozolinanın öldüyü müəyyən edilib. Ağır yaralanan Onur Obuk, Milas Dövlət Xəstəxanasına çatdırılıb. Obukun səhhətinin ağır olaraq qaldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl dünya turuna çıxan Ozolina bu səbəbdən Türkiyəyə gedib. 

Qəza ilə bağlı araşdırmalar davam edir.

Məryəm İlhamqızı