İki avtomobil TOQQUŞDU
    • 7-05-2020, 22:05
    • 702

İki avtomobil TOQQUŞDU

Bakıda yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

N.Nərimanov heykəlinin yaxınlığında 1999-cu il təvəllüdlü Fərid Quliyev idarə etdiyi 10-VR-056 dövlət nömrə nişanlı BMW markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq, 1982-ci il təvəllüdlü Şahbazov Ramin Kitabəli oğlunun idarə etdiyi 90-HV-544 dövlət nömrə nişanlı digər BMW markalı nəqliyyat vasitəsini arxadan vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza yerinə Yasamal rayonu DYP əməkdaşları və təxliyə maşını cəlb olunub.