Konqres binasında etiraz: Fələstin tərəfdarları həbs olundu
    • Bu gün, 09:28
    • 58

Konqres binasında etiraz: Fələstin tərəfdarları həbs olundu

Yüzlərlə yəhudi fəal Netanyahuya və İsrail hökumətinin Qəzzaya hücumlarına etiraz etmək üçün ABŞ Konqresinin binasına toplaşıb.

News24.az xəbər verir ki, nümayişçilər yerdə "Atəşkəs indi" yazılmış pankartlarla Qəzzada atəşkəs tələblərini dilə gətirib və "Yaşasın Qəzza", "Azad Fələstinə" və "Soyqırımı dayandırın" kimi şüarlar səsləndiriblər.

Əllərində İsrailin silahlanmasına son qoyulmasını tələb edən pankartlar da tutan nümayişçilər tez-tez Netanyahu əleyhinə şüarlar səsləndirib və dərhal atəşkəsə çağırıblar.

Konqres polisi nümayişçilərin ətrafında dairə quraraq, daha sonra bəzi nümayişçilərin əllərini qandallayıb və saxlayıb.

Kapitol polisinin verdiyi açıqlamada nümayişin "qanunsuz" olduğu bildirilib. "Konqres binalarında nümayişə icazə verilmir. Biz qanuni yolla daxil olanlara dedik ki, nümayişi dayandırsınlar, yoxsa həbs olunacaqlar. Dayanmayıblar, ona görə də onları həbs edirik", - bəyanatda deyilir.

Qeyd edək ki, saxlanılanların sayı ilə bağlı dəqiq məlumat verilməsə də, JVP-nin verdiyi açıqlamada 300-dən çox nümayişçinin saxlanıldığı bildirilir.

Günel Məlikzadə