Vaşinqtonda Fələstinə dəstək nümayişi
    • 15-01-2024, 17:00
    • 89

Vaşinqtonda Fələstinə dəstək nümayişi

Vaşinqtonda Fələstinə dəstək nümayişi keçirilib.

News.24.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.

Qəzza zolağında Fələstinə qarşı hücumlarını fasiləsiz davam etdirən İsrailə bu dəfə ABŞ-ın paytaxtı Vaşinqtonda etiraz edilib.

İsrailin Fələstinə qarşı hücumlarının 100-cü günü keçdiyi bir vaxtda Vaşinqton sakinləri Fələstinə dəstək nümayiş etdirmək üçün küçələrə axışıblar.

Vaşinqtondakı fələstinlilər və fələstinli tərəfdarlar Ağ Evin yaxınlığında toplaşaraq sülh və azadlıq tələblərini səsləndiriblər. İsrail əleyhinə şüarlar da səsləndirən nümayişçilər növbəti dəfə atəşkəsə çağırıblar. Ağ Evin ətrafına toplaşan qrup Fələstin himnlərinin müşayiəti ilə müxtəlif ölkələrin bayraqlarını daşıyaraq beynəlxalq dəstək nümayiş etdirib.

Merhriban Mirzəzadə