Kamala Harris kimdir?
    • Bu gün, 13:21
    • 88

Kamala Harris kimdir?

Kamala Harris sosial mediada dünya gündəmini izləyən bir çox insanın maraq göstərdiyi və araşdırdığı adlar arasındadır. ABŞ seçkiləri öncəsi prezidentliyə namizəd olduğunu açıqlayan Kəmalə Harrisin həyatı və karyerası ilə bağlı məlumatlar sorğulanır. Bəs Kamala Harris kimdir? ABŞ prezidentliyinə namizəd Kamala Harrisin neçə yaşı var və o, hansı vəzifələrdə çalışıb?

News24.az xəbər verir ki, Kamala Harris 20 oktyabr 1964-cü ildə Oklenddə (Kaliforniya) xərçəng tədqiqatları üzrə ixtisaslaşmış hindli alim ananın (Şyamala Qopalan) və Yamayka əsilli Stanford Universitetində iqtisadiyyat professoru atanın (Donald J. Harris) qızı olaraq anadan olub.

Harris 1989-cu ildə Kaliforniya Universitetinin Hastings Hüquq Məktəbində təhsil aldıqdan sonra hüquqşünas olub. 1990-cı ildə Alameda Rayon Prokurorluğunda işləyib.

Harris 1998-ci ildə San-Fransiskoda Rayon Prokurorluğunda işləmək üçün ayrılıb və 2003-cü ildə San-Fransisko dairə prokuroru olub. 2017-ci ilə qədər Kaliforniya Baş prokuroru vəzifəsində çalışıb.

Qeyd edək ki, 2016-cı ilin əvvəlində Harris Barbara Boxer senator kimi növbəti müddətə namizəd olmayacağını söylədikdən sonra senator olmağa çalışacağını söyləyib. Harris bu vəzifəni 2016-cı ildə qazanıb və 3 yanvar 2017-ci ildə senator olub.

21 yanvar 2019-cu ildə 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd olacağını açıqlayıb və kampaniyaya başlayıb. O, seçkilərdə səslərinin az olmasından və kampaniyada toplanan pulun azlığından sonra 3 dekabr 2019-cu ildə kampaniyasını başa vurub.

Eyni zamanda, 11 avqust 2020-ci ildə Bayden Harrisi namizəd yoldaşı kimi seçib. Noyabrın 7-də Bayden-Harris cütlüyü Tramp-Pens cütlüyünü məğlub edərək Harrisi vitse-prezident seçilib.

Günel Məlikzadə