Qadınlara sataşmaq üstündə silahlı İNSİDENT 1 ölü, 2 yaralı
    • Bu gün, 21:26
    • 106

Qadınlara sataşmaq üstündə silahlı İNSİDENT 1 ölü, 2 yaralı

Türkiyədə küçədə silahlı insident olub.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə İzmirin Konak qəsəbəsində baş verib. 18 yaşlı B.D. və qardaşı 17 yaşlı E.D. ilə 32 yaşlı Çağlar Kırmızı və 42 yaşlı F.C. arasında münaqişə yaranıb. Məlumata görə, Kırmızı və F.C. qarşı tərəfin yanında olan qadınlara sataşıblar.

Münaqişə zamanı Kırmızı sinəsindən 2 güllə olmaqla ümumilikdə 8, F.C. yalnız ayağından güllə yarası alıblar. Qarşı tərəfdən B.D. isə bıçaqla yaralanıb.

Xəstəxanaya aparılan Kırmızı orada ölüb.

Faktla bağlı cinayət işi açılıb. B.D. və E.D. qardaşları saxlanılıb.