-
- 15-02-2024, 20:30
- 368
Vərəm dispanserində xəstələr arasında DAVA
Rusiyanın Sankt-Peterburq şəhərində vərəm dispanserində xəstə dava zamanı ölüb.
News24.az Lent.az-a istinadla bildirir ki, insident 36 və 60 yaşlı xəstələr arasında baş verib. Münaqişə zamanı birinci tərəf rəqibinə bıçaqla xəsarət yetirib. Nəticədə yaşlı kişi ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.
Hadisəni törədən saxlanılıb. Cinayət zamanı o, anlaqsız olub. Cinayətkar tibbi müayinəyə göndərilib.
Hazırda faktla bağlı cinayət işi açılıb.