Küçədə atışma, 5 yaşlı uşaq öldü
    • 28-05-2024, 08:22
    • 155

Küçədə atışma, 5 yaşlı uşaq öldü


Amerikanın Çikaqo şəhərində beş yaşlı qız küçədə atışma zamanı öldürülüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə ABC7 telekanalı yerli polisə istinadən məlumat yayıb.

"Küçədə dayanan bir qrup şəxs arasında atışma olub. Güllə park halında olan avtomobildə oturan qızın qarın boşluğuna tuş gəlib yaralanıb. O, xəstəxanaya aparılsa da, sonra dünyasını dəyişib", - deyə qeyd olunub.

Uşağın 24 yaşlı atası iki güllə yarası alıb və o da xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə şahidləri 40-a yaxın atəş səsinin eşidildiyini bildiriblər.

Araşdırma aparılır.