İvanişviliyə sui-qəsd cəhdi oldu – Gürcüstan DTX
    • 24-07-2024, 14:22
    • 217

İvanişviliyə sui-qəsd cəhdi oldu – Gürcüstan DTX

Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvilini öldürmək istəyiblər.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

“Qeyd edilən cinayətkar fəaliyyətin məqsədi hökumətdə zəifləmənin başlaması fonunda hakimiyyətin güc yolu ilə devrilməsi olub”, – o bildirib.

Gürcüstan DTX-si İvanişvilinin Gürcüstan hökumətinin keçmiş yüksək vəzifəli məmurlarının və Ukrayna hüquq mühafizə orqanlarının keçmiş əməkdaşlarının təşkilatçılığı ilə öldürülməyə cəhd edildiyini açıqlayıb.

Qeyd edək ki, bu bəyanatdan cəmi bir gün hökumətyönlü televiziyalar Dövlət Təhlükəsizliyi Xidmətinin Ukraynada müharibədə iştirak edən gürcüləri dindirilməyə çağırdığına dair məlumat yayıb. KİV bunun Gürcüstan əks-kəşfiyyatı tərəfindən İvanişviliyə terakt hazırlığı kimi araşdırıldığını bildirmişdi.