Saakaşviliyə qarşı daha bir cinayət işi:
    • 15-09-2023, 10:34
    • 214

Saakaşviliyə qarşı daha bir cinayət işi: "9 milyon dollardan çox.."

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qarşı mənimsəmə xüsusiyyəti ilə yeni cinayət işi açılacaq.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

“Saakaşvili büdcə vəsaitlərini şəxsi uçuşlara xərcləyib və bu sübut olunmuş cinayət faktı araşdırmaya başlamaq üçün əsas olmalıdır”, - “Gürcü arzusu: Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib. 

Məlumata görə, Gürcüstan Müdafiə Nazirliyi ilə “Georgian Airways” şirkəti arasında 24 milyon lari (9 milyon dollardan çox) dəyərində çərçivə sazişi imzalanıb və bunun 14 milyon larisi yalnız Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.  Saakaşvilinin ildə 100-ə qədər səfər etməsi və bunun dövlət büdcəsindən ödənilməsi faktını Gürcüstan aviaşirkətinin keçmiş rəhbəri Tamaz Qayaşvili də təsdiqləyib.

Ayşən