-
- Dünən, 21:07
- 172
Əsədin Rusiyadan yaydığı bəyanatın “şifrələri”
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin adından yayılan bəyanatı oxuduqda belə təəssürat yaranır ki, Rusiya onu tələsik ölkədən qaçırıb. Bəyanatda yazılıb ki, guya Əsəd 8 dekabr, səhər saatlarınadək Dəməşqdə olub və ölkəni tərk etmək planı olmayıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin açıqlaması haqda deyib.
“Bəyanatın sonrakı hissəsi maraqlıdır: “Mən Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətimi orada davam etdirmişəm. Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib”.
Birincisi, Əsəd Rusiyanın Hmeymimdəki hərbi bazasına məhz ona görə gedib ki, ordunun Dəməşq uğrunda silahlı müxalifətlə savaşmayacağını anlayıb. Dəməşqi itirdikdən sonra ölkədə qalmağın mənası yox idi, əks halda Əsədi Liviya diktatoru Müəmmər Qəzzafinin faciəvi taleyi gözləyəcəkdi. Qəzzafinin imkanı olsaydı, o da ölkədən qaçardı, sadəcə onun buna zamanı çatmadı, Əsədin ölkəni tərk etmək üçün isə bir neçə saatı var idi və o bundan yararlandı.
Əsədin “məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərilib” ifadəsi bəhanədir. Dəməşqdən Hmeymim hərbi bazasına gedən Əsəd oradan Rusiyaya aparılacağını əvvəlcədən bilirdi və buna razılığını elə Dəməşqdə keçirdiyi son saatlarda vermişdi”.