Dəri sallanmadan arıqlamaq – Açıqlama
    • 24-07-2024, 23:54
    • 599

Dəri sallanmadan arıqlamaq – Açıqlama

“Artıq çəki ataraq dərinin elastikliyini qorumaq üçün bir neçə sadə qaydalar var”

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, bunu plastik cərrah Aleksey İqnatenko deyib.

Həkim, tədricən arıqlamağı gözəl dəri saxlamaq üçün əsas şərt adlandırıb. Məhz orta çəki itkisi zamanı dərinin yeni bədən həcmlərinə uyğunlaşmaq və sıxılma vaxtı olur. Çox tez arıqlamaq dərinizin möhkəmliyini itirməsinə səbəb ola bilər. Əzələləri gücləndirmək üçün məşqlər də sallanmanın qarşısını almağa kömək edir.

Həkim bildirib ki, arıqlama zamanı maddələr mübadiləsi dəyişir, buna görə də pəhriz saxlamaq yox, düzgün, tam və balanslı yemək vacibdir. Dərinizi nəmləndirmək və elastikliyini qorumaq üçün də bol su içmək lazımdır.

“Arıqlayanlar qan dövranını yaxşılaşdırmaq, əzələləri gücləndirmək və dəri tonunu saxlamaq üçün masaj edə bilərlər”, – deyə Aleksey İqnatenko deyib.

Bundan əlavə, ekspertin fikrincə, kosmetik prosedurlar dərinin gözəl və elastik olmasına kömək edir. Məsələn: liftinq, lazer terapiyası, mezoterapiya, plazma terapiyası, ntioksidantlarla nəmləndirici və serumlardan istifadə.