-
- 24-07-2024, 16:36
- 341
Suçiçəyi xəstəliyindən İFLİC OLDU
Altı yaşlı Evie Berry suçiçəyi xəstəliyinə tutulduqdan bir neçə ay sonra ilk dəfə insult keçirdib.
News24.az xəbər verir ki, "Günəş" nəşri onun iflic olması və sağ qalma hekayəsini danışıb.
2022-ci ildə suçiçəyi xəstəliyinə tutulduqdan bir müddət sonra uşaq, əvvəlcə mini insult, daha sonra isə əsl insult keçirib. Və bu səbəbdən də beyin əməliyyatına girib.
Berry müvəqqəti iflic olub və sonradan yenidən danışmağı öyrənib.
Uşağın anası Fearne Collins bildirib ki, təkrarlanan insultların qarşısını almaq üçün qızı il yarımdır ki, yüksək dozada qan durulaşdıran dərmanlar qəbul edir.
Qeyd edək ki, nevropatoloq Nikolay Şamalov insult üçün ilk yardım göstərərkən əsas səhv barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, təcili yardım gələnə qədər xəstəyə yemək, su, dərman verilməməlidir.
Məryəm İlhamqızı