Dünyanın ən ölümcül yeməyi
    • Bu gün, 19:30
    • 88

Dünyanın ən ölümcül yeməyi

Asiya mətbəxi dünyanın ən məşhur mətbəxlərindən biridir. Suşidən tutmuş şirin və turş souslu toyuğa qədər bir çox Asiya mətbəxi nümunəsi zövqlə yeyilir.

Ancaq Taylandda çiy balıqla hazırlanan “Koi pla” adlı yeməyin tərkibindəki bakteriyalara görə ölümcül olduğu bildirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu Tayland yeməyi ölümcül ola bilər.

Taylandın məşhur delikateslərindən biri olan “Koi pla” sağlamlığı ciddi şəkildə təhdid edir.

Səlahiyyətlilər tərəfindən “sağlamlıq üçün təhlükəli” olaraq xarakterizə edilən bu yeməkdən bir qaşıq yemək belə insanda qaraciyər xərçənginin yaranmasına səbəb ola bilər.

“Koi pla” doğranmış çiy balıqların müxtəlif otlar, ədviyyatlar və limon şirəsi ilə qarışdırılması ilə hazırlanır. Yemək ölkənin ən yoxsul bölgələrindən biri olan İsaan və Xon Kaen əyalətlərində çox məşhurdur. İsaan bölgəsi bu qidanın həddindən artıq istehlakı səbəbindən dünyada xolangiokarsinoma qaraciyər şişi və öd yolları xərçənginin ən çox yayıldığı yerdir.

Kanserogen qidanın Taylandda hər il 20 000 nəfərin ölümünə səbəb olduğu düşünülür.

Hər il milyonlarla insan tərəfindən müntəzəm olaraq istehlak edildiyi bildirilən yeməyin zərərli olmasının səbəbi də təəccübləndirir. Belə ki, Yeməkdə istifadə edilən balıqların Mekonq bölgəsindəki bir su hövzəsindən gəldiyi deyilir. Bu suda yastı qurdlara çox rast gəlinir. Tibb mütəxəssislərinin fikrincə, bu parazitar öd yollarının xərçənginə səbəb ola bilir.

"Koi pla" ilə mübarizə aparanlardan biri də bu yeməyi yeyən valideynlərini qaraciyər xərçəngi səbəbilə itirən doktor Naronq Kuntikeodur.

O, 2017-ci ildə “səssiz qatil”in qarşısını almaq üçün alimlər, həkimlər və antropoloqlardan ibarət komanda yığıb. Dörd il ərzində komanda İsaan bölgəsindəki kənd sakinlərini ultrasəs aparatlarından və testlərdən keçiriblər.

Tədqiqatın nəticələrinə görə, bəzi icmalarda yaşayanların 80 faizinin bədənində ölümcül parazit tapılıb.//Medicina.az