İrandan Azərbaycana dövlət sərhədi pozulub, iki DSX əməkdaşı yaralandı
    • Bu gün, 16:44
    • 1 347

İrandan Azərbaycana dövlət sərhədi pozulub, iki DSX əməkdaşı yaralandı

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.