-
- 24-07-2024, 17:11
- 311
Ata qızını öldürüb meyitini çaya atdı
Rusiyada ata qızını öldürərək suya atıb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində baş verib..
Belə ki, ötən həftə Maqnitoqorskda Ural çayında çoxsaylı kəllə-beyin xəsarətləri ilə 31 yaşlı qadının meyiti tapılıb. Məlum olub ki, qatil meyiti zibil torbalarında gizlədib.
İlkin versiyaya görə, ata mayın 28-də Kalmıkov küçəsindəki evlərin birində qızını mübahisə zəminində qətlə yetirib. O, əvvəlcə onu boğub, sonra isə qaraja aparıb və başına ağır əşya ilə bir neçə dəfə zərbə endirib. Daha sonra həmin şəxs meyiti torbalara büküb, şişmə qayıqla Ural çayına aparıb və suya atıb.
Polis əməkdaşları tərəfindən qatil ata saxlanılıb, araşdırma aparılır.