Finala gələn turist pasportunu itirdi - POLİS TAPDI
    • 29-05-2019, 16:48
    • 680

Finala gələn turist pasportunu itirdi - POLİS TAPDI

Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov  ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb. 


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub. 


Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.