-
- 14-02-2020, 17:16
- 871
Bakıda yerdən 980 manat TAPILDI - FOTO
Bakı sakini pulqabısını itirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 12-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirdiyini bildirib.
Müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət edilib. O, paytaxtın “Tarqovı” kimi tanınan ”Nizami” küçəsində içərisində bank kartları, sənədləri və 980 manatı olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Həmin gün axşam saatlarında DİN-in “102” Zəng Mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.
Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu PB-nə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib.
Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və qeyd edilən məbləğ olan pulqabıdır.