Hacıqabulda polis hal pisləşən qadına KÖMƏK ETDİ
    • 8-10-2019, 12:40
    • 868

Hacıqabulda polis hal pisləşən qadına KÖMƏK ETDİ

Hacıqabul RPŞ DYPB-nin əməkdaşları vətəndaşın həyatını xilas ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının  səhhəti tamamilə normallaşıb.