Pəncərəyə yumruq vuran sərxoş kişi öldü
    • 25-07-2024, 08:00
    • 315

Pəncərəyə yumruq vuran sərxoş kişi öldü


Pəncərəyə zərbə endirən sərxoş kişi öldü.

News24.az "Unikal"a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Şəki rayonunun Baş Zəyzid kənd sakini Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib və nəticədə şüşə qolunu kəsib.

Xəstəxanaya çatdırılan sərxoş kişi tibbi yardımlara baxmayaraq, ölüb.