-
- 25-07-2024, 10:17
- 307
Argentina Mərakeşi FİFA-ya şikayət etdi
Argentina Futbol Federasiyası (AFA) 2024-cü il Olimpiya turnirinin qrup mərhələsinin 1-ci turunun Mərakeşə qarşı qalmaqalla başa çatan oyunundan sonra Beynəlxalq Futbol Federasiyasının (FİFA) intizam komissiyasına şikayət göndərib.
News24.az xəbər verir ki, bu barədə AFA-nın mətbuat xidmətindən məlumat verilib.
Argentinalılar oyun zamanı meydançaya qaçaraq rəqib komandanın futbolçularına fişənglər atan Mərakeş millisinin azarkeşlərindən şikayətləniblər.
AFA 2024-cü il Olimpiadasında iştirakçılar üçün müvafiq səviyyədə mühafizənin təşkil edilməsini və oxşar hadisələrin bir daha baş verməsinin qarşısının alınmasını tələb edib.
Qeyd edək ki, görüş 2:1 hesabı ilə başa çatıb. Birinci hissənin əlavə vaxtında Afrika yığmasının heyətində Süfyan Rəhimi fərqlənib. Oyunun 51-ci dəqiqəsində futbolçu penalti zərbəsini uğurla yerinə yetirib. Cənubi amerikalıların cavab qolunu 68-ci dəqiqədə Culiano Simeone vurub.
Məryəm İlhamqızı