Mahir Emrelinin "Nürnberq"lə keçidi qəlizləşir, amma... - İDDİA
    • 25-07-2024, 22:01
    • 206

Mahir Emrelinin "Nürnberq"lə keçidi qəlizləşir, amma... - İDDİA

Mahir Emrelinin "Nürnberq"lə keçidi mürəkkəbləşib.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu məlumatı Xorvatiyanın "Germanijak" nəşri yayıb. Həmkarlarımız Mahirin Almaniyaya getdiyini, hətta tibbi müayinədən keçdiyini yazıblar:

"Azərbaycan millisinin futbolçusu uzun müddətdir ki, gələcək karyerası haqda planlar qurur. Hazırda hücumçuya ən yaxın gələn “Nürnberq”dir. Emreli bu klub üçün Almaniyaya yollanmışdı və tibbi müayinədən də keçmişdi. Müqavilə imzalamalı idi, amma aydındır ki, məsələ mürəkkəbləşib və forvard hələ də gözləyir. Lakin etibarlı məlumata görə, “Nürnberq” azərbaycanlı hücumçu üçün hələ də ən yaxın variantdır. Hər kəs transferin baş tutacağına inanır".