Mahir Emreli bu klubun düşərgəsindədir – Anası açıqladı
    • 2-07-2024, 18:26
    • 177

Mahir Emreli bu klubun düşərgəsindədir – Anası açıqladı

Bir neçə gün öncə Bodrumda istirahət edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi.

Sonuncu dəfə futbolçunun anası Elnurə xanımla əlaqə saxlayanda bildirmişdi ki, iyunun 29-dan sonra "Dinamo"nun düşərgəsinə qoşulacaq. Lakin Emrelinin paylaşı sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Görəsən, Mahir “Dinamo”nun düşərgəsinə qoşulmayıb? Sualımızı Elnurə Emreliyə ünvanladıq.

Mahirin anası Offsideplus.az-a məsələ ilə bağlı açıqlamasında bunları söylədi:

"Oğlum iyunun 29-dan “Dinamo”nun düşərgəsindədir. Həmin paylaşım köhnə şəkildir. Mahir “Dinamo”nun üzvüdür. Başqa kluba keçidi ilə bağlı hansısa məlumat yoxdur”.