Mahir bu Azərbaycan klubuna keçir?
    • 27-06-2024, 21:47
    • 302

Mahir bu Azərbaycan klubuna keçir?

"Qarabağ" Azərbaycan millisinin hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.

News24.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Germanijak" portalı məlumat yayıb. Məlumata görə, futbolçunun keçidi üçün klubu "Dinamo"ya təklif göndərilib. Mahir Emrelinin klubdan ayrılacağının gözlənildiyi bildirilib.

Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi var.