120Hz ekran - vivo V40 SE 4G
    • 25-07-2024, 15:00
    • 215

120Hz ekran - vivo V40 SE 4G

V40 seriyasının beşinci cihazı olaraq vivo tərəfindən təqdim edilən vivo V40 SE 5G xüsusiyyətləri ilə diqqət çəkir.

News24.az xəbər verir ki,Android telefonlar arasında önəmli yerə sahib olan Vivo, indi də təqdimatları ilə istifadəçilərin diqqətini çəkməyi bacarıb. İndi şirkət ötən aylarda elan etdiyi vivo V40 SE 5G modelinin 4G versiyasını Çexiyada təqdim edib. V40 5G, V40 Lite 5G, V40 SE 5G və yaxınlaşan V40 Pro 5G-dən sonra seriyanın beşinci telefonu olaraq təqdim edilən V40 SE 4G mühüm xüsusiyyətləri ilə seçilir.

Xüsusiyyətlərinə nəzər salsaq, giriş orta seqment cihazı kimi təqdim edildiyini anladığımız V40 SE 4G, 4x 2.8GHz və 4x 1.9GHz nüvələri də daxil olmaqla səkkiz nüvəli Qualcomm Snapdragon 685 çipsetindən güc alır. Bu prosessoru 8 GB LPDDR4X RAM, 128 GB və 256 GB UFS 2.2 yaddaş variantları müşayiət edir. O, həmçinin 8 GB-a qədər virtual RAM və cəmi 16 GB RAM təklif edir.

Ekran tərəfində telefon 6,67 düymlük Full HD + həlli, 120 Hz yeniləmə tezliyi və 1800 nits maksimum parlaqlıq təklif edən E4 AMOLED paneli və ekranda barmaq izi sensoru ilə gəlir. 186 qram çəkisi ilə seçilən V40 SE 4G Android 14 əsaslı FunTouch OS 14 əməliyyat sistemi üzərində işləyir.

Eyni zamanda, 50 meqapiksellik əsas və 2 meqapiksellik kamera ilə ikili kamera dizaynına sahib olan telefon, 8 meqapiksellik selfi kamerası ilə gəlir. 80 Vt sürətli şarj dəstəyi ilə 5000 mAh batareya ilə təqdim edilən V40 SE 4G Kristal Qara və Dəri Bənövşəyi rəng seçimlərində təqdim olunur.

Günel Məlikzadə