Ödənişli yolda qəza: 8 nəfər yaralandı
    • Bu gün, 16:27
    • 73

Ödənişli yolda qəza: 8 nəfər yaralandı

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü kilometrində - Xaçmaz rayonunun Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az Report-a istinadla xəbər verir ki, “Çeri” (Chery) markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Ardınca eyni ərazidə “Şevrolet” markalı minik avtomobili arxadan yolun kənarında dayanmaq istəyən KİA markalı maşına çırpılıb.

Baş verən qəzalar nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.