-
- 25-07-2024, 22:30
- 249
Türkiyənin "dönər" addımına ALMANİYADAN ETİRAZ
Türkiyədə dönər istehsalçılarını təmsil edən İstanbulda yerləşən Beynəlxalq Dönər Federasiyasının dönər üçün "ənənəvi məhsul adı"(TGS) qeydiyyatı almaq üçün Avropa Birliyinə etdiyi müraciət Almaniyada etirazlara səbəb olub.
News24.az xəbər verir ki, Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin müraciətinə etiraz edib.
Nazirlik bu təşəbbüsdən "təəccübləndiklərini" və müraciətin qəbul ediləcəyi təqdirdə böyük iqtisadi effekt verəcəyini bildirib.
AB-yə göndərilən və üç aylıq etiraz müddəti bitən müraciətdə hansı məhsulun “dönər” adlandırıla biləcəyi standartlar göstərilib. Buna uyğun olaraq dana əti, mal-qara (3 yaşa qədər) və hinduşka əti dönərə daxil edilmir.
Digər tərəfdən, Almaniyada kəsim üçün gənc heyvanlara üstünlük verilir. Bundan əlavə, Türkiyənin etiraz etdiyi hinduşka ətindən dönərin hazırlanmasında da istifadə oluna bilər. Bunlar Almaniyada dönər istehsalını tənzimləyən qaydalara da daxildir.
Qeyd edək ki, AB Türkiyənin TGS qeydiyyatını təsdiq edərsə, Almaniyada dönər istehsalı da buna uyğun tənzimlənəcək. Almaniyadakı dönər istehsalçıları Türkiyənin tələb etdiyi yeni reseptdən istifadə edəcəklər.
Məryəm İlhamqızı