-
- 25-07-2024, 23:30
- 309
Unudulmaz ilk görüş üçün 5 gözəl fikir
İlk görüş hər kəs üçün maraqlı və risklidir. Bu səbəblə ilk görüşü şansa buraxmamaq üçün hər ikinizin də zövq alacağı fərqli bir hadisə planlaşdırmaq vacibdir.
News24.az ilk görüş üçün 5 yaxşı fikri təqdim edir.
1- KONSERT
İlk dəfə bir-birinizlə vaxt keçirəcəyiniz gün üçün əyləncəli alternativ axtarırsınızsa, konsertə getməyi seçə bilərsiniz. Xoş vaxt keçirə və musiqi dinləmək fürsəti əldə edə bilərsiniz.
2- SEMİNAR TƏDBİRİ
Tanışlıq zamanı ortaq bir maraq haqqında danışmısınızsa, bu barədə seminar tədbirində ilk görüşünüzü keçirə bilərsiniz.
3- UZUN GƏZİŞ
Çimərlikdə və ya meşədə gəzmək ilk görüş üçün yaxşı fikir ola bilər. Bu, şəhərin səs-küyündən uzaqlaşmağa və uzun söhbətlər aparmağa imkan verə bilər.
4- YENİ DADLAR YOXLAYIN
İlk görüşünüzdə yeni bir yer və yeməklə tanış olmaq hər ikiniz üçün əyləncəli və xüsusi bir təcrübə olacaq.
5- MUZEY VƏ YA SƏRGİ ZİYARƏT EDİN
Flört etdiyiniz insanla bir sərgiyə və ya muzeyə baş çəkmək bir-birinizin zövqlərini, perspektivlərini və fikirlərini daha yaxşı öyrənməyə imkan verəcək.
Günel Məlikzadə