Uğursuz sünnət əməliyyatı, ciddi qan itkisi: Cərrah həbs olundu
    • 25-07-2024, 18:08
    • 345

Uğursuz sünnət əməliyyatı, ciddi qan itkisi: Cərrah həbs olundu

Cərrah uğursuz sünnət əməliyyatından sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində baş verib.

Bildirilib ki, ölkənin İstintaq Komitəsinin Sankt-Peterburq üzrə regional idarəsindən verilən məlumata görə, cərraha qarşı 6 yaşınadək uşaqlara təhlükəli xidmət göstərmə maddəsi ilə cinayət işi açılıb.

Qeyd olunub ki, həkim evdə 22 günlük körpə üzərində ciddi qan itkisinə səbəb olan uğursuz sünnət əməliyyatı edib. Daha sonra uşaq xəstəxanaya yerləşdirilib.

Həkimə qarşı ittiham irəli sürülüb, istintaq davam edir.