Hindistan və Rusiya birgə müəssisə YARADACAQ
    • Bu gün, 10:36
    • 65

Hindistan və Rusiya birgə müəssisə YARADACAQ

Hindistan və Rusiya şirkətləri Rusiyada avtomobil istehsalı üçün birgə müəssisə yarada bilərlər. 

News24.az xəbər verir ki, bu barədə TASS Hindistan İxrac Təşkilatları Federasiyasının baş direktoru Ajaya Sahaya istinadən məlumat yayıb.

“Mən razıyam ki, bu, Rusiyada mümkündür. Rusiyada avtomobil istehsalına yeni Hindistan sərmayəsi mütləq mümkündür və üstünlük ondan ibarətdir ki, bunu Rusiya və Hindistan şirkətləri edərsə, hər iki bazara açıq olacaq”.

Qeyd edək ki, bundan əvvəl Çin avtomobil markası SWM Rusiya bazarına yeni model - G03 krossoverini təqdim etməyi planlaşdırıb.

Məryəm İlhamqızı