Keçmiş birinci xanımdan olay sözlər: Baraka dözə bilmirəm
    • 30-12-2022, 13:11
    • 236

Keçmiş birinci xanımdan olay sözlər: Baraka dözə bilmirəm

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama 30 illik həyat yoldaşı Barak Obama haqqında maraqlı fikirlər səsləndirib.

News24.az xəbər verir ki, xanım Obama evliliklərinin ilk 10 illiyinin  çox çətin olduğunu açıqlayıb. 58 yaşlı keçmiş birinci xanım həyat yoldaşının xasiyyətinə dözə bilmədiyini və ailə həyatında ciddi problemlərlə üzləşdiklərini vurğulayıb. 

Qeyd edək ki, 30 ildir evli olan cütlük ABŞ-ın ən xoşbəxt və nümunəvi cütlükləri sırasındadır. 2009-cu ildən bəri 8 il ABŞ prezidenti olan Barak Obama xoşbəxt ailə həyatı ilə tez-tez xəbərlərin mövzusu olub. Cütlüyün indi 20 yaşlarında olan Saşa və Maliya adlı iki qızı var.

Aynurə